• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Neftçi" Roma"ya məğlub oldu 

İDMAN

31 Avqust 2022 | 22:09 | Müəllif: Subhan Mahmudov

"Neftçi" Roma"ya məğlub oldu

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ilk oyununu keçirib.

Bakıvaxtı.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçisi Rəşad Hüseynov olan “ağ-qaralar” “Roma” klubu ilə qarşılaşıb və minimal hesabla uduzub – 0:1.

Qeyd edək ki, “Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodicani” klubu ilə üz-üzə gələcək. İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbağça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR