• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Marseloda xroniki zədə aşkarlandı

İDMAN

30 Sentyabr 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

Marseloda xroniki zədə aşkarlandı

"Olimpiakos"un futbolçusu Marselonun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la görüşü buraxacağı gözlənilir.

Bakıvaxtı.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin bud əzələsində xroniki zədə aşkarlanıb. Buna görə də Marselo komandaya gec qoşulacaq. Bildirilir ki, braziliyalı oyunçunun zədəsindən xəbəri var idi, hətta bu səbəbdən depressiyaya da düşüb, lakin indiyədək zədəsini ictimaiyyətdən gizlədib.

Qeyd edək ki, Marselo sentyabrın 3-də "Olimpiakos"a azad agent kimi keçib.

Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos" arasındakı 4-cü tur görüşü oktyabrın 6-da Yunanıstanda, 5-ci tur matçı isə bundan bir həftə sonra Bakıda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR