Müqavilə üzrə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan futbolçu Mert Çelik yenidən “Neftçi”də çıxış edəcək.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi daha bir il müddətinə icarəyə götürülüb. O, 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, iki qol vurub.


jpg-1659514566.jpg)













