• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

“Qara pantera”nın oğlu “Valensiya”ya transfer oldu

İDMAN

02 Sentyabr 2022 | 11:26

“Qara pantera”nın oğlu “Valensiya”ya transfer oldu

İspaniyanın “Valensiya” futbol klubu “Roma”nın hücumçusu Castin Klüyvert ilə müqavilə imzaladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı niderlandlı futbolçu bir mövsüm “Valensiya”nın uğurları üçün çalışacaq. Lakin müqavilədə futbolçunun mövsümün sonunda “Valensiya” tərəfindən alınmasına dair bənd də yer alıb.

C. Klüyvert ötən mövsüm icarə əsasında Fransanın “Nitsa” klubunda çıxış edib. Fransa klubunun heyətində 31 oyuna çıxan hücumçu altı qol, yeddi məhsuldar ötürmə edib.

Məlumat üçün qeyd edək ki, Castin “Ayaks”, “Barselona” və Niderland millisinin sabiq məşhur hücumçusu Patrik Klüyvertin oğludur. Sürəti, çevikliyi və yüksək qol duyumuna görə futbolsevərlər ata Klüyvertə “Qara pantera” ləqəbini veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR