• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“İnter”dən çempionluq yolunda vacib qələbə - VİDEO

İDMAN

07 May 2022 | 00:04

“İnter”dən çempionluq yolunda vacib qələbə - VİDEO

İtaliya A seriyasında XXXVI tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluğun iki əsas namizədindən biri olan “İnter” doğma meydanda “Empoli”ni qəbul edib.

Matçın gedişində iki top fərqi ilə geri düşən milanlılar toparlanmağı bacarıblar. Hələ ilk hissənin sonuna qədər hesabda tarazlıq yaradan “neradzurra” ikinci hissədə daha iki qol vuraraq “comeback” edib.

Bu nəticə ilə sona iki tur qalmış xallarının sayını 78-ə çatdıran “İnter” oyun sayına görə ən az bir günlük liderliyə yüksəlib. Onun ən yaxın izləyicisi 77 xala malik “Milan”dır.

Matçın qollarını təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR