• Bakı 16° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Avropadan son vəsiqənin sahibi müəyyənləşdi

İDMAN

05 Iyun 2022 | 22:31

Avropadan son vəsiqənin sahibi müəyyənləşdi

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib. Robert Peycin baş məşqçi olduğu kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. 34-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.

Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026