• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

PSJ yeni baş məşqçisini açıqladı - YENİLƏNİB

İDMAN

05 Iyul 2022 | 16:29

PSJ yeni baş məşqçisini açıqladı - YENİLƏNİB

Fransanın PSJ klubu yeni baş məşqçisini açıqlayıb.

Bakıvaxtı.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Kristof Qaltyeyə tapşırılıb.

56 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Qaltye bu postda Maurisio Poçettinonu əvəzləyib.

*** 16:16

Fransanın PSJ komandası baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.

Bakıvaxtı.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. Onun Paris təmsilçisi ilə sözləşməsi gələn ilin yayında başa çatmalı idi.

50 yaşlı baş məşqçini bu vəzifədə Kristof Qaltye əvəzləyəcək.

Qeyd edək ki, Maurisio Poçettino 2021-ci ilin yanvarından PSJ-yə başçılıq edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026