• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Real" Rodriqonu buraxmadı

İDMAN

05 Iyul 2022 | 02:40 | Müəllif: Subhan Mahmudov

"Real" Rodriqonu buraxmadı

"Real" yarımmüdafiəçisi Rodriqo Qoes ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid klubu artıq 21 yaşlı futbolçu ilə anlaşıb. Onun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. Yeni sözləşmənin müddəti isə 2028-ci ilə qədər olacaq.

Tərəflər müqaviləni gələn həftə imzalayacaqlar. Rodriqonun yeni sözləşməsində 1 milyard avroluq təzminat bəndi də olacaq. Futbolçunu bir çox klub heyətinə qatmaq istəyir.

Braziliyalı oyunçu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 49 matçda 9 qol vurub və 9 qolun ötürməsini verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026