• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukraynada futbol çempionatları bərpa olunur

İDMAN

05 Iyun 2022 | 15:36

Ukraynada futbol çempionatları bərpa olunur

Ukraynada avqustda futbol üzrə ölkə çempionatlarına başlanılması nəzərdə tutulur.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə “Associated-Press” agentliyi Ukrayna Futbol Assosiasiyasının Prezidenti Andrey Pavelkoya istinadən məlumat yayıb.

Rusiyanın hücumu ilə əlaqədar fevralın 24-dən Ukraynada futbol oyunları dayandırılıb. Andrey Pavelko deyib ki, bununla bağlı Prezident Vladimir Zelenski ilə müzakirə aparıb. Onun sözlərinə görə, futbol güclü təsir vasitəsidir, insanlara gələcək barədə düşünməyə kömək edir: “Buna görə də Prezident Vladimir Zelenski ilə avqustda Ukraynada futbol çempionatının bərpa edilməsi barədə qərar qəbul etdik”.

Ukrayna Futbol Assosiasiyasının prezidenti kişilər arasında premyer-liqa, birinci və ikinci liqa, o cümlədən qadınlar arasında çempionatın bərpa edilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Andrey Pavelko qəbul etdikləri qərar barədə FİFA Prezidenti Canni İnfantino və UEFA Prezidenti Aleksandr Çeferini məlumatlandırdığını də qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026