• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ramal Hüseynova ağır cəza verildi

İDMAN

08 Aprel 2022 | 20:44 | Müəllif: Subhan Mahmudov

Ramal Hüseynova ağır cəza verildi

AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Səbail" komandasının məşqçisi Ramal Hüseynovu 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Bakıvaxtı.az "report"-a istinadən bildirir ki, buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq "Qarabağ"la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Məşqçi daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026