• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avropa Liqasında 1/4 final mərhələsi heç-heçə ilə başlayıb

İDMAN

07 Aprel 2022 | 23:36 | Müəllif: Subhan Mahmudov

Avropa Liqasında 1/4 final mərhələsi heç-heçə ilə başlayıb

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki,  açılış oyununda Almaniya "Leyptsiq"i İtaliya "Atalanta"sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17

Qeyd edək ki, gecənin digər oyunlarında İspaniya "Barselona"sı Almaniyada "Ayntraxt"ın, Fransa "Lion"u İngiltərədə "Vest Hem"in, Şotlandiya "Reyncers"i isə Portuqaliyada "Braqa"nın qonağı olacaq. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026