• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Çelsi”yə daha bir ağır zərbə

İDMAN

10 Mart 2022 | 21:35 | Müəllif: Subhan Mahmudov

“Çelsi”yə daha bir ağır zərbə

Böyük Britaniyanın “Çlesi”nin sahibi olan rusiyalı iş adamı Roman Abramoviçə qoyduğu sanksiyalar klubun transfer bazarındakı işini məhdudlaşdıracaq. 

Bakıvaxtı.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi sözügedən sanksiyalar səbəbindən yeni oyunçu ala və öz futbolçuları ilə müqaviləni yeniləyə bilməyəcək. Həmçinin "Çelsi"nin oyunçularını icarəyə verməsi mümkün olmayacaq.  Lakin bu, klubun işçilərinin maaşını ödəməsinə mane olmayacaq. 

Həmçinin “Çelsi” qadağalara görə bilet satışı həyata keçirə bilməyəcək. 

Qeyd edək ki, Böyük Britaniya Abramoviçin bütün aktivlərini dondurub. Nəticədə kluba alıcı axtaran rusiyalı iş adamı Premyer Liqa təmsilçisini sata bilməyəcək. Lakin “Çelsi” fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026