Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, millimiz Şimali İrlandiyada oyunda Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Millimiz 1-ci dəqiqədə hesabı açsa da, üstünlüyünü sona kimi saxlaya bilməyib.
Qeyd edək ki, yığmamız ilk matçda Farer adalarına 2:0 hesabı ilə qalib gəlib.
9 aprel
17:00. Azərbaycan – Malta - 1:2
Qollar: Səfərəliyev, 1 (1:0), Villis, 62 (1:1) Farrugia, 69 (1:2)
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)
İnver Park. Larne
















