Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, XXII turun ilk günündə iki qarşılaşma baş tutacaq.
Dövrənin ilk matçı Şamaxıda olub. 30 ildən sonra bu şəhərdə böyük futbol olub. “Keşlə” “Şamaxı”ya çevrildikdən sonra yeni adla ilk görüşünə çıxıb. Bölgə təmsilçisi “Neftçi”ni qonaq edib.
Oyun ev sahiblərinin məğlubiyyəti ilə nəticələnib: 1:2
Azərbaycan Premyer Liqası
XXII tur
9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi” - 1:2
Qollar: Rəhman Hacıyev, 11 - Tyaqo Bezerra, 60, Ramon Maçado, 72
“Şamaxı”: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 77. Merab Qiqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 22. Elçin Mustafayev, 13. Pərviz Azadov, 88. Fuad Bayramov, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu
















