• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ronaldodan şəxsi ANTİREKORD - 5 oyunda...

İDMAN

09 Fevral 2022 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

Ronaldodan şəxsi ANTİREKORD - 5 oyunda...

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldo şəxsi antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə ardıcıl 5 oyunda qol vura bilməyib.

Təcrübəli forvard son olaraq "Börnli" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyununda iştirak edib. Ronaldo qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsüm Premyer Liqada 19 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb (report). "Mançester Yunayted" 23 oyuna 39 xalla 5-ci, "Börnli" isə 20 oyuna 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR