• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Belarus bu yarışlara ev sahibliyi edə bilməyəcək

İDMAN

11 Mart 2022 | 02:23 | Müəllif: Qalib İbrahimoğlu

Belarus bu yarışlara ev sahibliyi edə bilməyəcək

Belarusda atletika üzrə beynəlxalq yarışların keçirilməsi qadağan olunub.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Ümümdünya Atletikasının (World Athletics) prezidenti Sebastyan Ko açıqlama verib.

O bildirib ki, sanksiyalar dünya və Avropa yarışlarına şamil edilir: "Buraya konqres iclaslarında iştirak və səsvermə hüququndan məhrumetmə də daxildir. Beynəlxalq turnirlər zamanı Belarusdan olan rəsmi şəxslərə də akkreditasiya verilməyəcək".

Qeyd edək ki, Ümumdünya Atletikası daha əvvəl Rusiya və Belarus idmançılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026