• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Klublararası dünya çempionatında ilk finalçı bəlli olub

İDMAN

09 Fevral 2022 | 00:00 | Müəllif: Subhan Mahmudov

Klublararası dünya çempionatında ilk finalçı bəlli olub

Futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Bakıvaxtı.az"Report"a istinadən bildirir ki, yarımfinalda Misirin "Əl-Əhli" klubunu 2:0 hesabı ilə məğlub edən Braziliya "Palmeyras"ı adını həlledici oyuna yazdırıb. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasındakı digər yarımfinal matçının qalibi olacaq. Bu qarşılaşma fevralın 9-da keçiriləcək.

Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026