• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Məşhur futbolçu karyerasını bitirdi - SƏBƏB

İDMAN

09 Fevral 2022 | 01:12 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur futbolçu karyerasını bitirdi - SƏBƏB

İngiltərənin "Çelsi" klubunun futbolçusu Hakim Ziyeş Mərakeş millisindəki karyerasını başa vurub.

Bakıvaxt.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.

O, qərarında qəti olduğunu söyləyib: "Əlbəttə, mənim üçün bunu etmək kədərlidir. Amma artıq "Çelsi"nin oyunlarına köklənəcəyəm. Azarkeşlərin reaksiyalarını başa düşür, buna görə onlardan üzr istəyirəm".

Təcrübəli oyunçu deyib ki, milli komanda dünya çempionatına vəsiqə qazansa belə, oraya qayıtmayacaq.

Qeyd edək ki, Hakim Ziyeş baş məşqçi Vahid Halilhociçlə konfliktə görə Afrika Millətlər Kubokunun oyunlarına dəvət almayıb (report). O, sonuncu dəfə ötən ilin sentyabrında yığmanın formasını geyinib. İndiyədək milli komandada 40 oyun keçirmiş Ziyeşin aktivində 17 qol var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026