• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Eriksen ürəyinin dayanması barədə: “Xəstəxanaya gedərkən..."

İDMAN

08 Fevral 2022 | 23:58 | Müəllif: Subhan Mahmudov

Eriksen ürəyinin dayanması barədə: “Xəstəxanaya gedərkən..."

“Brentford”la müqavilə imzalayan yarımmüdafiəçi Kristian Eriksen karyerasına davam etmək qərarına necə gəldiyini açıqlayıb.

“Xəstəxanaya gedərkən həyat yoldaşıma dedim ki, karyeramı bitirəcəm. Ancaq iki gün keçən kimi hər şey dəyişdi. Mən bundan sonrakı günlərdə baş verənləri dərk etməyə başladım. Bundan sonra müayinələr başladı, suallar yarandı: bacara bilərəmmi? Məndə alınacaqmı? Zamanla vəziyyət yaxşılaşmağa başladı, belə ki, tibbi müayinələrim normal olacağı halda zamanla futbola qayıda biləcəkdim.

Çoxlu testlər oldu, ürəyimin fiziki məşqlərə necə reaksiya verəcəyinə baxıldı, xoşbəxtlikdən heç nə olmadı, hər şey yaxşı getdi.

Hər ötən ay mən yüklənməni artıra bildim və sonra oynamağa başladım”, - deyə K.Eriksen bildirib.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026