Millimizin üzvü Namiq Ələsgərov "Bursaspor"un heyətində Türkiyə 1-ci liqasında növbəti qolunu vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, 26 yaşlı yarımmüdafiəçi 16-cı turda "Manisa" ilə ev oyununda fərqlənib.
Start heyətində meydana çıxan Namiq Ələsgərov 51-ci dəqiqədə hesabı açıb. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu, Namiqin liqada 4-cü qoludur. O, ötən tur "Denizlispor"la oyunda (3:1) da fərqlənmişdi
Xalını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə qərarlaşıb.
















