• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Legiya"nın hücumçusu qarət olundu

İDMAN

14 Oktyabr 2021 | 23:19

"Legiya"nın hücumçusu qarət olundu

Polşa "Legiya"sının futbolçusu Tomaş Pexartın evi qarət olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə çexiyalı hücumçu "Interia Sport"a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.

Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticələrini gözlədiklərini bildirib.

Qeyd edək ki, Tomaş Pexart 2022-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026