• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Braziliya dünya çempionatına vəsiqə qazandı

İDMAN

13 Noyabr 2021 | 09:27 | Müəllif: Subhan Mahmudov

Braziliya dünya çempionatına vəsiqə qazandı

Futbol üzrə Braziliya yığması 2022-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Bakıvxtı.az-ın məlumatına görə, seçmə turnirin keçən oyununda "pentakampeonlar" Kolumbiya millisindən güclü olub.

"Arena Korintians"da məhdud sayda tamaşaçı ilə keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində yeganə qolu oyunun 72-ci dəqiqəsində “Olimpik Lyon”un yarımmüdafiəçisi Lukas Paketa vurub.

Bu nəticədən sonra Titanın yetirmələri 12 oyundan sonra 34 xal toplayaraq Cənubi Amerika üzrə seçmə turnirinin birinci pilləsində möhkəmlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026