• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu komandanın futbolçuları koronavirusa yoluxdu

İDMAN

13 Dekabr 2021 | 00:16

Bu komandanın futbolçuları koronavirusa yoluxdu

“Mançester Yunayted” klubu koronavirus təhdidi ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu səbəbdən komandanın bazar günü məşqi planlaşdırıldığı kimi keçməyib.

Bir neçə futbolçu və klub əməkdaşının koronavirus testi müsbət çıxıb. Testi müsbət çıxanlar məşqdən öncə evlərinə göndərilib.

Komandadan bildirilib ki, dekabrın 11-də “Norviç”lə səfər matçından əvvəl mankunialıların heç bir testi müsbət çıxmayıb.

Qeyd edək ki, hazırda “Mançester Yunayted”lə “Brentford” arasında çərşənbə axşamına planlaşdırılan oyunun baş tutub-tutmayacağı ilə bağlı heç bir məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026