• Bakı 13° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Şevçenko istefaya göndərilir?

İDMAN

11 Yanvar 2022 | 12:43 | Müəllif: Subhan Mahmudov

Şevçenko istefaya göndərilir?

İtaliyanın "Cenoa" klubunun rəhbərliyi baş məşqçisi Andrey Şevçenko ilə bağlı qərar verib.

Bakıvaxtı.az-ın  "La Gazetta dello Sport"a istinadən yaydığı məlumata görə, ukraynalı mütəxəssis ən azı yanvarın 13-ü "Milan"a qarşı kubok oyununa qədər vəzifəsinin başında olacaq. O da qeyd edilir ki, Şevçenkonun gələcək karyerası qeyri-müəyyən olaraq qalır. Artıq  "Cenoa" rəhbərliyinin Şevçenkoya əvəzliyici axtarışına çıxdığı da bildirilir.

Xatırladaq ki, ukraynalı mütəxəssis 2021-ci ilin noyabrında "Cenoa"nın baş məşqçisi təyin edilib. Geridə qalan müddətdə komanda A seriyasında keçirdiyi 9 matçdan 6-da uduzub, 3-də heç-heçə edib. İtaliya kubokunun 1/16 finalında isə "Salernitano" üzərində qələbə qazanılıb.

21 turdan 12 xalı olan "Cenoa" hazırda 20 komanda arasında 19-cu yeri tutur.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026