• Bakı 18° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Fatih Terim məşhur klubun hədəfində

İDMAN

14 Oktyabr 2021 | 16:26 | Müəllif: Subhan Mahmudov

Fatih Terim məşhur klubun hədəfində

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropada çalışa bilər.

Bakıvaxtı.az fanat.az-a istinadən xəbər verir ki, 1987-ci ildən Fransa "Lion"unun sahibi və prezidenti olan Jan-Mişel Ola bu mövsüm klubun orta sıralarda olmasından narazıdır. 

Fransa mətbuatında onun komandanın baş məşqçisi Peter Boszla görüşə hazırlaşdığı və ayrılıq qərarını açıqlayacağı bildirilir. Bu müddətdə Fransanın menecerlik şirkətiylə əlaqə yaradan Olanın yeni baş məşqçi axtarışına başladığı və siyahının başında Fatih Terimin olduğu qeyd olunur. 

Klub rəhbəri türk mütəxəssislə danışıqlar üçün menecerlərə artıq tapşırığını verib. Müzakirə zamanı Terimi yüksək məbləğdə ödəniş təklifi yox, ancaq planlar və transferləri özünün seçməsi hüququ veriləcəyi təqdirdə razı ola biləcəyi qənaətinə gəliblər. Görüşdə Jan-Mişel Olanın Fatih Terimin ünvanına "Le Roi Du Football", yəni "Futbolun Kralı" ifadəsini istifadə etdiyi də yayılan xəbərlər sırasındadır. 

Qeyd edək ki, "Lion" Fransa I Liqasında 9 turdan sonra 13 xalla 10-cu sırada yer alıb. Onlar lider PSJ-dən 11 xal geri qalır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026