• Bakı 18° C

    12.37 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb

İDMAN

19 Aprel 2024 | 16:23

Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb

UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Maatsenin 1/4 final mərhələsində İspaniya “Atletiko”su ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.

22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fyullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bavariya”, Almaniya) mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, “Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada İspaniya təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.


SON XƏBƏRLƏR

02 May 2024