Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) Ukraynada Rusiya ordusuna dəstək verən ən azı 300 Şimali Koreya hərbçisinin öldüyünü açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Ukraynada ən azı 300 Şimali Koreya hərbçisinin ölüb, təxminən 2.700 hərbçinin isə yaralanıb.
NIS nümayəndələrinin Cənubi Koreya parlamentinin Kəşfiyyat Komitəsinə verdiyi məlumata görə, Şimali Koreya, müasir müharibə taktikalarına dair yetərli biliklərə malik olmadığı üçün itkilər verib və hərbçilər uzun məsafəli pilotsuz uçuş aparatlarına atəş açmaq kimi "faydasız" hərəkətlər edib.
Məlumatda həmçinin bildirilir ki, Şimali Koreya ordusunun hərbçilərinə Ukrayna ordusu tərəfindən ələ keçirilməmək üçün özlərini öldürmə əmri verdiyi açıqlanıb.
Nuriyyə Musayeva