Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı yenidən püskürüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Havay Vulkan Rəsədxanasından verilən yazılı açıqlamada vulkanın yerli vaxtla saat 10:16 radələrində 9-cu dəfə, 100 metr hündürlüyə lava püskürdüyü və tüstünün səmaya qalxdığı qeyd edilib.
Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.
Əli Hüseynov