• Bakı 20° C

    11.3 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Çin dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başladı

DÜNYA

19 Iyul 2025 | 22:40

Çin dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başladı

Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb

Bakıvaxtı.az "China Daily" qəzetinə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Baş naziri Li Çyan bəyan edib.

Tibetdə Yarlunq Tsanqpo çayı üzərində beş pilləli su elektrik stansiyası kompleksi inşa ediləcək.

Layihənin təxmini dəyəri 167 milyard dollar təşkil edir.

Tikintini və istismarı "China Yajiang Group" şirkəti həyata keçirəcək.

Qeyd olunur ki, bu nəhəng enerji qurğuları ildə 300 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026