Çin Vaşinqtonun yeni sanksiyalarına məruz qalan Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə "Birinci Qrup" ASC-nin baş direktoru Aleksey Poroşin məlumat verib.
Onun sözlərinə görə, "Bank of China" artıq Rusiya kredit təşkilatlarından ödənişləri qəbul etməkdən imtina edib. Həmçinin "Bank of Kunlun" sanksiyalara görə Rusiya banklarından ödənişlərin qəbulunu dayandırmaq üçün bildirişlər göndərməyə başlayıb.
"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağı ehtimalı yoxdur", - deyə Poroşin vurğulayıb.
Gülşən Şərif