• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çində casus hava stansiyaları aşkar edilib

DÜNYA

19 Avqust 2024 | 13:22 | Müəllif: Gülşən Şərif

Çində casus hava stansiyaları aşkar edilib

Xarici ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqəli bir sıra şirkətlər ölkədə anemometr qüllələri tikmək bəhanəsi ilə Çində məxfi məlumatlar toplayıb. 

Bakıvaxtı.az "Global Times"a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, xarici dövlətlərin xüsusi xidmət orqanları ölkənin mühüm məxfi obyektlərinin olduğu ərazilərə qanunsuz daxil olub. 

Texniki baxış zamanı məlum olub ki, anemometr qüllələrinin müxtəlif qurğuları meteoroloji məlumatların toplanması ilə yanaşı, həm də məlumatların təhlili və ötürülməsi imkanlarına malik olub. 

Nazirlik mümkün məlumat sızmasının qarşısını tez bir zamanda aldığını iddia edib.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026