• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

"Meta" Rusiya dövlət kanallarına qadağa qoyub

DÜNYA

18 Sentyabr 2024 | 12:55

Meta Rusiya dövlət kanallarına qadağa qoyub

"Meta" şirkəti Rusiyanın bəzi dövlət media kanallarına qarşı sanksiyaları genişləndirib.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Açıqlamaya görə, bu qərar  Rusiyanın bəzi dövlət media kanallarının təsir əməliyyatları təşkil etmək və platformalarında moderasiyadan yayınmaq üçün aldadıcı taktikalardan istifadə etməsi nəticəsində verilib.

"Diqqətlə nəzərdən keçirdikdən sonra Rusiyanın dövlət media kanallarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya", RT və digər filiallarına xarici müdaxilə fəaliyyətlərinə görə qlobal miqyasda şirkətin tətbiqlərindən istifadəsinə qadağa qoyulub", - deyə məlumatda vurğulanıb.

Qadağaların yaxın bir neçə gün ərzində tətbiq ediləcəyi gözlənilir. 

Kreml "Meta"nın qəbul etdiyi qadağa qərarını "qəbuledilməz" adlandırıb.

Qeyd edək ki, sosial media nəhəngi "Meta" "Facebook", "Instagram", "WhatsApp" və "Threads" proqramlarına sahibdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR