• Bakı 20° C

    11.29 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Çinin xarici işlər naziri Rusiyaya səfər edəcək

DÜNYA

09 Sentyabr 2024 | 11:46

Çinin xarici işlər naziri Rusiyaya səfər edəcək

Çinin xarici işlər naziri Van Yi sentyabrın 11-12-də Rusiyaya səfər edəcək.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti ilə sentyabrın 11-12-də BRİKS ölkələrinin yüksək nümayəndələrinin görüşündə iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcək.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin ölkələr arasında qarşılıqlı etimadı gücləndirərək Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldırmağa hazırdır. Departament əlavə edib ki, 2024-cü ildə Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi, həmçinin Rusiya və Çinin Mədəniyyət İllərinin açılışı qeyd olunur.

Gülşən Şərif


SON XƏBƏRLƏR