• Bakı 27° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.7771

    RUB - 0.0321

Cırtdan qalaktikalarda qara dəliklər aşkarlanıb

CƏMİYYƏT

29 May 2022 | 04:17

Cırtdan qalaktikalarda qara dəliklər aşkarlanıb

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmayan qara dəliklər aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, aşkar edilmiş həmin qara dəliklər Süd Yolu qalaktikasının mərkəzində olan Oxatan A* adlı super kütləli qara dəliyin təkamülünü anlamağa yardımçı ola bilərlər. Alimlərin fikirlərinə əsasən bizim Süd Yolu qalaktikamız uzaq keçmişdə çoxlu sayda cırtdan qalaktikanın birləşmələri prosesi nəticəsində yaranıb və bu proses gələcəkdə də davam edəcək. Məsələn Böyük Magellan Buludu və Kiçik Magellan Buludu adlı cırtdan qalaktikalar gələcəkdə bizim qalaktikamızın bir hissəsinə çevriləcəklər. Bu cür cırtdan qalaktikaların mərkəzlərində qara dəlik mövcuddur və həmin cırtdan qalaktikalar Süd Yolu ilə birləşən zaman bizim qalaktikamızın mərkəzində olan Oxatan A* adlı super kütləli qara dəlik onların mərkəzlərində olan qara dəliyi udacaq.

Amerikalı alimlərin aparmış olduqları yeni tədqiqata əsasən cırtdan qalaktikaların mərkəzlərində qara dəliyə əvvəl düşünüldüyündən daha tez-tez rast gəlinir.

Astronomlar qara dəlikləri yalnız onların böyüdükləri zaman aşkar edə bilirlər. Qara dəliklərin böyümə prosesləri zamanı onlar öz ətraflarındakı akkresiya diskindəki maddəni udurlar və nəticədə şüalanma ifraz edilir. “Məsələ burasındadır ki, böyümə prosesində olan qara dəliklər yenicə yaranmış ulduzun ifraz etdiyi şüalanmanı ifraz edirlər. Bu halda ifraz edilən şüalanmanın qara dəliyə və ya ulduza məxsus olduğunu təyin etmək üçün xüsusi üsullar mövcuddur. Məhz müəyyən məlumatların seçilməsi prosesi çərçivəsində biz, cırtdan qalaktikalarda çoxlu sayda qara dəlik aşkar edə bilmişik. Bu isə o demədir ki, cırtdan qalaktikalarda qara dəliklərə əvvəllər düşünüldüyündən daha tez-tez rast gəlmək olar” - deyə alimlər qeyd ediblər.

Alimlər bildiriblər ki, əsasən hidrogen ilə heliumdan ibarət olan cırtdan qalaktikalarda yeni ulduzların yaranmaları ilə yanaşı qara dəliklərin böyümə prosesi də gedir.

Əldə edilmiş məlumatlar onu göstəriblər ki, söhbət, böyüyən adi qara dəliklərdən yox, tamamilə yeni növ qara dəliklərdən gedir. Ən azından cırtdan qalaktikalarda aşkar edilmiş bu kosmik obyektlərin 80%-i məhz yeni növ qara dəliklərə aiddir (technote.az). Alimlər onu da bildiriblər ki, bu cür qalaktikalar təkcə ulduzların intensiv şəkildə yaranmaları hesabına deyil, həm də böyüyən qara dəliklərin hesabına təkamül prosesindən keçirlər. “Biz güman edirik ki, bu cür qara dəliklər Süd Yolu qalaktikasının mərkəzində olan Oxatan A* kimi super kütləli qara dəliklərin inşaat blokları rolunda çıxış edirlər və biz onlar barəsində daha çox məlumat əldə etmək istəyirik” - deyə alimlər qeyd ediblər.


SON XƏBƏRLƏR

30 Iyun 2022