• Bakı 18° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

CNN: Hindistan və Pakistan arasında ən böyük hava döyüşü baş verib

DÜNYA

08 May 2025 | 11:33

CNN: Hindistan və Pakistan arasında ən böyük hava döyüşü baş verib

Hindistan və Pakistan arasında ən böyük hava döyüşü mayın 7-nə keçən gecə baş verib.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, Hindistan və Pakistan yeni tarixdə ən böyük hava döyüşlərindən birində iştirak ediblər.

"Pakistan və Hindistan qırıcıları arasındakı hava döyüşü yeni aviasiya tarixində ən geniş miqyaslı və uzunmüddətli döyüşlərdən biri olub", - Pakistanın təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli nümayəndəsi CNN-ə bildirib.

Telekanalın məlumatına görə, döyüşdə hər iki tərəfdən ümumilikdə 125 qırıcı təyyarə iştirak edib.

Pakistan təhlükəsizlik qüvvələrindəki mənbələr CNN-ə bildirib ki, Hindistan tərəfinin hücumu zamanı Pakistan HHQ beş Hindistan qırıcısını və bir PUA-nı vurub.


SON XƏBƏRLƏR