• Bakı 21° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bağçalıdan Ərdoğana dəstək: Bu konstitusiya ləğv edilməlidi!

DÜNYA

07 Iyun 2025 | 10:54

Bağçalıdan Ərdoğana dəstək: Bu konstitusiya ləğv edilməlidi!

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Rəcəb Tayyib Ərdoğanın yeni konstitusiya təşəbbüsünə dəstək verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, MHP-nin qurucu lideri Alparslan Türkeşin məzarını ziyarət edərkən çıxış edib.

Bağçalı "çevriliş konstitusiyası"nın ləğv edilməli olduğunu vurğulayıb.

O, həmçinin Siyasi Partiyalar Qanunu və seçki sisteminin də yenidən gözdən keçirilməsinin vacibliyini qeyd edib.

MHP liderinin sözlərinə görə, konstitusiya ilə bağlı işlərin bayramdan sonra başlanması arzu olunur.

Xatırladaq ki, Ərdoğan mayın 27-də 10 hüquqşünasdan ibarət komissiya yaratdığını və yeni konstitusiya üzrə hazırlıqlara başlandığını bildirmişdi. Ərdoğan bu sənədin "tam hüquq və azadlıqlar siyahısını əks etdirən" müasir konstitusiya olacağını deyib. Yeni komissiyanın Cevdet Yılmazın rəhbərliyi ilə fəaliyyət göstərəcəyi və geniş ictimai müzakirələrə açıq olacağı qeyd edilib.


SON XƏBƏRLƏR