• Bakı 15° C

    2.5 m/s

Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

İDMAN

16 Aprel 2021 | 21:48

Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında komandamız ilk medalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev üzərində qələbə qazanıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026