• Bakı 14° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - VİDEO

CƏMİYYƏT

11 Noyabr 2025 | 00:00

Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı - VİDEO

Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər.

Bakıvaxtı.az ATV-yə istinadən xəbər verir ki, hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunur, lakin bu il qiymətlərin artımı artıq indi başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun bir kiloqramının qiyməti 4-5 manat artıb.

Satıcılar bildirirlər ki, iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu hal hind quşu ilə yanaşı qaz və ördəkdə də qiymətlərin yüksəlməsinə səbəb olub.

Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, hazırda 16-20 manat arasında dəyişir. Qazın kilosu 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manatadək qalxıb. Ördəyin kilosu isə 14-16 manat civarındadır. Satıcılar qeyd edirlər ki, yeni il qabağı qiymət artımı qaçılmazdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


SON XƏBƏRLƏR

10 Noyabr 2025