“Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Elman Nəsirov deyib.
"Buna baxmayaraq Ermənistan yenə min cür hoqqalarla məşğuldur. Bu bir məkirli oyundur. Beynəlxalq məhkəmələrə üz tutublar ki, guya Azərbaycan onlara qarşı amansızlıq edir. Məqsəd nədir? Hazırda problem Rusiya ilədir. Ermənilərin hamısını oradan çıxarıb demək istəyirlər ki, daha ermənilər yoxdur, niyə sülhməramlılar ordadır? Ancaq bütün bunlar mənasız addımlardır, Azərbaycanın siyasi əqidəsi ortadadır”.
Aytac Aslan