• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Danilovdan şok: Vurulan təyyarədə rus generalı olub!

DÜNYA

16 Yanvar 2024 | 23:23 | Müəllif: Subhan Mahmudov

Danilovdan şok: Vurulan təyyarədə rus generalı olub!

Bu həftə Ukraynanın məhv etdiyi Rusiya təyyarələrində düşmən (Rusiya – red.) generallarından birinin uçduğuna dair ilkin sübutlar var. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

Qurum rəsmisi müvafiq məlumatın 100 faiz etibarlı olmadığını da vurğulayıb.

“Təyyarədə Rusiya generallarından birinin olması barədə ilkin məlumat var, lakin bunun dəqiqləşdirilməsi tələb olunur”, - o bildirib.

Qeyd edək ki, bəzi media qurumları vurulan A-50 təyyarəsində Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandirinin müavini, 1970-ci il təvəllüdlü general-mayor Oleq Pçelanın olduğu haqda məlumat yayıb. Onun 2022-ci ildə Belarusa gəldiyi və buradan Ukraynaya hava zərbələri endirilməsinə rəhbərlik etdiyi iddia edilir. Bildirilir ki, onun qızı (Yekaterina) Rusiya Aerokosmik Qüvvələrinin ilk və yeganə qadın uzunmənzilli aviasiya pilotudur, oğlu isə mülki aviasiya pilotudur.

Xatırladaq ki, iki gün öncə Azov dənizi üzərində Ukrayna SQ-nin Rusiyaya məxsus A-50 radiokəşfiyyat təyyarəsi və İl-22 bombardmançısını vurması barədə məlumatlar yayılmışdı.

Bəzi iddialara görə, isə təyyarə məhz Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hədəf alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026