• Bakı 18° C

    2.36 m/s

Şuşada iki nəfər minaya düşdü - YENİLƏNİB

HADİSƏ

09 Dekabr 2021 | 13:00 | Müəllif: Subhan Mahmudov

Şuşada iki nəfər minaya düşdü - YENİLƏNİB

Baş Prokurorluq Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilbi ki, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Hazirda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

***

12:55

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026