• Bakı C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 2.0401

    RUB - 2.2295

Daşınmaz əmlak xidmətlərində bir sıra dəyişikliklər edilib

CƏMİYYƏT

29 Yanvar 2026 | 11:04

Daşınmaz əmlak xidmətlərində bir sıra dəyişikliklər edilib

2025-ci ildə daşınmaz əmlakın dövlət kadastrı və reyestri sisteminin inkişafı üzrə bir sıra struktur və rəqəmsal addımlar atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri sahəsində keçirilən təqdimatda bildirilib. Tədbirdə qeyd olunub ki, görülən işlər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun şəkildə həyata keçirilib.

Təqdim olunan məlumatlara əsasən, il ərzində əsas diqqət qanunvericilik bazasının inkişafına, informasiya sistemlərinin təkmilləşdirilməsinə və proseslərin optimallaşdırılmasına yönəlib.

Eyni zamanda rəqəmsal idarəetməyə keçid, elektron xidmətlərin təşkili və xidmət standartlarının tətbiqi prioritet istiqamətlər kimi göstərilib.

Bildirilib ki, bu addımlar vətəndaş müraciətlərinin daha operativ və şəffaf şəkildə icrasına, həmçinin məlumat bazasının daha dəqiq formalaşdırılmasına xidmət edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

28 Yanvar 2026