• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Yollardakı vəziyyətlə bağlı məlumatlar necə əldə edilir? - VİDEO

CƏMİYYƏT

14 Fevral 2025 | 10:15

Yollardakı vəziyyətlə bağlı məlumatlar necə əldə edilir? - VİDEO

Yollarda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yaranan və yarana biləcək problemlərə dərhal müdaxilə edilir, sürücülərə vəziyyətlə bağlı əvvəlcədən məlumatlar verilir. Bütün bu işlər isə Nəqliyyatı İntellektual İdarəetmə Sistemi sayəsində mümkün olur. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarətmə Mərkəzi (NİİM) tərəfindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən 24 saat rejimində paytaxtda avtomobillərin daha çox istifadə etdiyi Heydər Əliyev prospekti, Aeroport, Zığ və Mərdəkan şoselərində, Buzovna-Zağulba yolunda olan sürət-məlumat portallarına günün istənilən saatında müxtəlif məlumatlar ötürülür.

Qurum yollardakı vəziyyətlə bağlı bu məlumatların əldə edilməsi və ötürülməsi işlərinin necə həyata keçirildiyini açıqlayıb.

Qeyd edilib ki, mərkəzin istifadəsində olan bir neçə portal, tablo və video-müşahidə kamerası mövcuddur. Yol-nəqliyyat hadisəsi baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda, sıxlıq və tıxac yarandıqda, sürət həddi endirildikdə və təmir işləri aparıldıqda, əvvəlcə video-müşahidə kameraları vasitəsilə vizual məlumatlar əldə edilir. Yol polisi ilə məlumat mübadiləsi aparıldıqdan sonra əməkdaşlar tərəfindən müvafik olaraq portallarda “qəza”, “tıxac”, “təmir işləri” və “digər təhlükə” işarələri qeyd olunur. Daha sonra isə sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yollarda zolaqlar üzrə sürət həddinin endirilməsi və məhdudlaşdırılması ilə bağlı portallarda məlumatlar əks olunur.

Ən maraqlı məqam isə, yağışlı, küləkli və qarlı havalarda bəzi yollarda sürət həddinin endirilməsi ilə bağlıdır. Belə ki, yolda olan 3 meteoroloji stansiyalardan alınan məlumatlar (küləyin sürəti, havanın və asfalt örtüyünün temperaturu) əsasında bəzi şose və prospektlərdə sürət həddi 20-40 km/saat endirilməklə yanaşı, portallarda “sürüşkən yol” və sürət həddinin endirilməsi ilə bağlı məlumat verilir. Beləliklə sürücülər yollardakı vəziyyət haqqında öncədən məlumatlı olurlar və buna uyğun hərəkət edirlər. Diqqətə çatdırılıb ki, sürət-məlumat tablolarının yenilənməsi istiqamətində işlərin görülməsi də nəzərdə tutulub.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026