q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Güclü külək Yasamalda dayanacağı uçurdu

CƏMİYYƏT

09 Fevral 2023 | 09:35

Güclü külək Yasamalda dayanacağı uçurdu

Sinoptiklərin əvvəlcədən proqnozlaşdırdığı kimi, dünən günün ikinci yarısından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, güclü külək Bakının Yasamal rayonu, Hüseyn Cavid prospektindəki avtobus dayanacağında lövhəni yerindən çıxarıb. Bundan başqa, külək dayanacağın tavanını da uçurub. 

Sərnişinlər dayanacağın tamamilə dağılacağından ehtiyat etdiklərindən, avtobusu bir qədər kənarda gözləməli olublar. 

Qeyd edək ki, həmin ərazidə əvvəllər də güclü külək nəticəsində dayanacaqlar zərər görüb. Hətta bir neçə ay dayanacaq qoyulmadığından, sərnişinlər boş ərazidə avtobus gözləyiblər.

Artıq Bakı şəhərinin bir neçə ərazisində sərnişinlərin rahatlığı üçün "ağıllı dayanacaqlar" quraşdırılıb. Yasamal sakinləri bu ərazilərdə də "ağıllı dayanacaq" quraşdırılmamasını istəyirlər.

Aytac Aslan


SON XƏBƏRLƏR

13 May 2026