• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

ABŞ Azərbaycana daha 5 minaaxtaran it verdi

CƏMİYYƏT

10 Mart 2023 | 22:57 | Müəllif: Subhan Mahmudov

ABŞ Azərbaycana daha 5 minaaxtaran it verdi

ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Feysbukda paylaşım edib.

"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - paylaşımda qeyd olunub.

Bundan əvvəl də ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026