• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

DÇ-2024: Azərbaycanın futzal millisinin elit-raunddakı rəqibləri bəlli oldu

İDMAN

08 Iyun 2023 | 16:02

DÇ-2024: Azərbaycanın futzal millisinin elit-raunddakı rəqibləri bəlli oldu

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Yığma elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.

A qrupu: Qazaxıstan, Rumıniya, Azərbaycan, Niderland

B qrupu: Ukrayna, Polşa, Serbiya, Belçika

C qrupu: Xorvatiya, Slovakiya, Fransa, Almaniya

D qrupu: İspaniya, İtaliya, Sloveniya, Çexiya

E qrupu: Portuqaliya, Gürcüstan, Ermənistan, Finlandiya

Elit-raundda oyunlar 3 ay ərzində baş tutacaq. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr

2-11 oktyabr

11-20 dekabr

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.


SON XƏBƏRLƏR

25 Aprel 2024