• Bakı 12° C

    1.45 m/s

"Qarabağ" iki əcnəbi futbolçu ilə danışıqlar aparır

İDMAN

08 Iyul 2023 | 14:40

"Qarabağ" iki əcnəbi futbolçu ilə danışıqlar aparır

"Qarabağ" iki əcnəbi futbolçu ilə danışıqlar aparır.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdam təmsilçisi sabiq yarımmüdafiəçisi Patrik Andrade və Niderland "Sparta"sının oyunçusu Ceyson Lokilonu heyətinə qatmağa çalışır.

Bildirilib ki, hər iki futbolçunun yaxın günlərdə komandaya qoşulması mümkündür.

Qeyd edək ki, kabo-verdeli Patrik Andrade 2020-2022-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Onun son klubu Serbiya "Partizan"ı olub. Konqolu Ceyson Lokilo isə ötən mövsümü icarə əsasında Türkiyənin "İstanbulspor" komandasında keçirib. O, müxtəlif vaxtlarda İngiltərənin "Kristal Pelas" və "Donkaster", Fransanın "Loryan" və Polşanın "Qornik" klublarının şərəfini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026