• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Deputat: “Büdcənin 41 faizi sosial xərclərə yönələcək"

SİYASƏT

19 Noyabr 2025 | 11:14

Deputat: “Büdcənin 41 faizi sosial xərclərə yönələcək

"Büdcə siyasətinə yanaşma obyektiv və məsuliyyətli olmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Deputat bildirib ki, büdcə prosesinə rasional və realistik yanaşılmalıdır. Onun sözlərinə görə, gələn ilin büdcə zərfinin əsas xüsusiyyətlərindən biri sosial yönümlülüyüdür:

“Büdcə zərfinin əsas xüsusiyyəti onun sosial xarakteri ilə bağlıdır. Sosial xərclər dövlət büdcəsinin 41 faizini təşkil edir. Bu da dövlət büdcəsində prioritetin sosial xərclər olmasını nəzərdə tutur”, – deyə Əmiraslanov qeyd edib.

Parlament üzvü sosial-iqtisadi xəttin əhəmiyyətinə toxunaraq əlavə edib:

“Ən təsirli siyasət sosial-iqtisadi siyasətdir. Minimal inflyasiyanın olması olduqca vacibdir".

O həmçinin müdafiə xərclərinin həcminə diqqət çəkib:

“Gələn il üçün 8,7 milyard manatın müdafiə xərclərinə ayrılması nəzərdə tutulub”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025