• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Spiker: Heç bir qurumun Azərbaycanla təzyiq dilində danışmağa haqqı yoxdur

SİYASƏT

19 Dekabr 2025 | 11:02

Spiker: Heç bir qurumun Azərbaycanla təzyiq dilində danışmağa haqqı yoxdur

Azərbaycan insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq bəyannamələrin layiqli iştirakçısıdır və öz öhdəliklərini daim yerinə yetirir. Bu baxımdan, Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamə əsassız və qanunazidd hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı bildirib.

Spikerin vurğuladığına görə, Azərbaycanın daxili işlərinə hər hansı müdaxilə cəhdləri qəbuledilməzdir və heç bir beynəlxalq təşkilatın və ya qurumun Azərbaycanla təzyiq dilində danışmağa haqqı yoxdur.

Sahibə Qafarova həmçinin qeyd edib ki, ölkəmiz beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqdir və insan hüquqlarının qorunması sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Lakin xarici qurumların siyasi motivli və subyektiv qətnamələrlə ölkəmizə təzyiq göstərməsi yolverilməzdir və Azərbaycanın suverenliyinə hörmətsizlikdir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Dekabr 2025