• Bakı 17° C

    7.02 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Deputat: Yalnız bu halda istehlakçıların hüquqları qoruna bilər

SİYASƏT

18 Mart 2025 | 11:59

Deputat: Yalnız bu halda istehlakçıların hüquqları qoruna bilər

"Gizli reklamlar özünü yalnız reklam daşıyıcısı olan rəqəmsal platformalarda, o cümlədən sosial şəbəkələrdə, radio və televiziya kanallarında, media resurslarında büruzə vermir. Ən böyük və effektiv, həm də təhrikedici xarakter daşıyan gizli reklamlar dərman şirkətləri ilə işbirliyində olan həkimlərin pasiyentlərə yazdıqları reseptlərdədir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu qəbildən olan problemlərin qarşısının alınması üçün nəzarət imkanları yaradan və şəffaflığı təmin edə biləcək mexanizmlərin yaradılmasını zəruridir.

"Belə mexanizmlərdən biri də reseptlərin, istisnasız olaraq, Səhiyyə nazirliyi və TƏBİB tərəfindən yaradılan onlayn platforma üzərindən verilməsi və həmin platformanın qanunların icrasına nəzarət edən qurumlar üçün də açıq olmasıdır. Yalnız bu halda şəffaflıq təmin edilə və bəzən cinayət xarakteri daşıyan işbirliyinə son qoyula, beləliklə də istehlakçıların hüquqları tam mənada qoruna bilər".

Mina Mikayılova


SON XƏBƏRLƏR